KPRF Medvedevin namizədliyini dəstəkləməyəcək

Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) Dmitri Medvedevin Baş nazir postunda namizədliyini dəstəkləməyəcək.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu KPRF Dövlət Dumasındakı fraksiyasının sədr müavini Nikolay Kolomeytsev deyib. Bununla belə, o qeyd edib ki, fraksiya yekun qərarını sabah verəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Baş nazir vəzifəsinə D. Medvedevin namizədliyinin irəli sürüb və təsdiq üçün Dövlət Dumasına göndərib.

DİGƏR XƏBƏRLƏR

Top