Akşener: 5 milyon nəfərin kredit borcunu satın alacağıq

İYİ Partiyanın sədri Meral Akşener Türkiyə vətəndaşlarının borclarının artmasının qarşısını almaq məqsədilə Türkiyə Həmrəylik Fondunu (Türkiye Dayanışma Fonu) quracağını bəyan edib.

Yenivaz.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, M. Akşener özünün “Twitter” səhifəsində bildirib ki, iyunun 24-də keçiriləcək növbədənkənar prezident seçkilərində qalib gələrsə, ilk 100 gün ərzində Türkiyə Həmrəylik Fondunu quracaq.

O bildirib: “30 aprel 2018-ci il tarixinə olan vəziyyətə görə borcları qanuni nəzarətə götürülən, yaxid borcları yığım şirkətlərinə satılan 5 milyon vətəndaşımızın istehlak krediti, kredit kartları və kredit şəklində əmanət hesablarından qaynaqlanan borclarını satın alacağıq. Borcları bu vəziyyətdə olan, aşağı gəlirli vətəndaşlarımızın və tələbələrimizin borclarının azı 80 faizini siləcəyik.

Qalan borclarını faizsiz 10 ilədək endirimlə ödəyə biləcəklər. Bundan başqa, şəhid və qazi ailələrinin bu cür bütün borclarını siləcəyik. Türkiyə Həmrəylik Fondu üçün birdəfəlik xərclərimiz 8 milyard türk lirəsi təşkil edəcək ki, bu da 2018-ci il büdcə xərclərinin təxminən 1 faizinə bərabərdir. Söz verirəm ki, sizi bu yükdən xilas edəcəm. Borc taleyiniz deyil, siləcəyik, xilas olacaqsınız”.

DİGƏR XƏBƏRLƏR

Top