Gömrükdən büdcəyə daxil olan vəsait kəskin artıb

Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 300 milyon 591,9 min manat vergi və rüsum daxil olub.

Yeniavaz.com Komitədən açıqlanan məlumata istinadən bildirir ki, bu, 2017-cı ilin aprel ayı ilə müqayisədə 60,7% və ya 113,6 milyon manat çoxdur.

Ötən ay dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının məbləği isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,5 milyon manat artaraq 71 milyon 139 min manata yüksəlib.

ƏDV üzrə daxilolmaların həcmi 91 milyon 468 min manat artaraq 211 milyon 527 min manat, aksizlər üzrə daxilolmaların həcmi 7,3 milyon manat artaraq 15 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 307,1 min manat artaraq 2 milyon 911,7 min manat olub.

DİGƏR XƏBƏRLƏR

Top