İsrail Əsədi öldürməklə hədələdi

İran İsrailə hücum etmək üçün Suriya ərazisindən istifadə edərsə, İsrail Suriya Prezidenti Bəşər Əsədi öldürəcək.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits deyib.

Onun sözlərinə görə, İsrail indiyədək Suriyanın daxili münaqişəsinə müdaxilə etməyib: “Əgər Suriya Prezidenti Bəşər Əsəd İranın Suriya ərazisində əməliyyat keçirməsinə icazə verməyə davam edərsə, İsrail onu aradan götürəcək və rejimi devirəcək”.

DİGƏR XƏBƏRLƏR

Top