Sovet İttifaqı Qəhrəmanı adını ən çox hansı xalqın nümayəndələri alıb - CƏDVƏL

1 sentyabr 1939 - 2 sentyabr 1945-ci illər tarixində baş verən ikinci dünya müharibəsinin iştirakçıları arasında keçmiş SSRİ ölkələrindən biri kimi Azərbaycan SSR də yer alıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan vətəndaşlarının ikinci dünya müharibəsindəki iştirakı 24 iyun 1941 - 9 may 1945-ci il tarixləri arasında baş tutan və Böyük Vətən müharibəsi adlandırdığımız dövrə təsadüf edir. Açıqlanan məlumatlara görə Böyük Vətən müharibəsində 600 mindən çox azərbaycanlı iştirak edib və onların tən yarısı 300 mindən çoxu həlak olub.

Məlumat üçün bildirək ki, Böyük Vətən müharibəsində iştirak edən 600 mindən çox azərbaycanlıdan yalnız 43 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1939-cu ildə əhalinin siyahıya alınmasına görə keçmiş SSRİ ərazisində yaşayan azərbaycanlıların sayı 2 milyon 275 min 678 nəfər olub. Bu isə o deməkdir ki, hər 52 min 922 nəfər azərbaycanlıya 1 nəfər Sovet İttifaqı Qəhrəmanı düşüb.

Qeyd edək ki, Sovet İttifaqı Qəhrəmanı medalı SSRİ-də ən yüksək qəhrəmanlıq medalı hesab olunur və Böyük Vətən müharibəsində iştirak edən 12 min 777 nəfər bu ada layiq görülüb. Sovet İttifaqı Qəhrəmanı adı alanlar arasında ilk sırada ruslar qərarlaşıb. 8 min 160 rusa Sovet İttifaqı Qəhrəmanı adı verilib. Əhalinin ümumi sayına görə hesablandığı zaman isə ilk sırada fransızlar qəralaşıb. 1939-cu ildə SSRİ-də həyata keçirilən siyahıya almaya görə İttifaq ərazisində 1637 fransız yaşayıb. 4 nəfər fransıza Sovet İttifaqı Qəhrəmanı adının verilməsi o deməkdir ki, hər 409 fransıza 1 Sovet İttifaqı Qəhrəmanı düşüb.

Əhalinin ümumi sayına düşən Sovet İttifaqı Qəhrəmanlarının sayına görə, ruslar 9-cu, ukraynalılar 10-cu, belaruslar 12-ci, ermənilər 13-cü, yəhudilər 14-cü, gürcülər 18-ci, tatarlar 20-ci, qazaxlar 23-cü, azərbaycanlılar isə 28-ci sırada yer alıb.

Hansı xalqdan neçə nəfərin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü və bunların əhalinin ümumi sayına olan nisbətilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

DİGƏR XƏBƏRLƏR

Top