Putin bu gün and içəcək

Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasimi ənənəvi ssenari ilə keçiriləcək.

Bu barədə açıqlama ilə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov çıxış edib.

Mərasim bu gün keçiriləcək. Mərasimin başlanğıcında Putin iş kabinetindən Böyük Kreml sarayına gedəcək və inauqurasiya baş tutacaq.

“Bundan sonra prezident Qırmızı meydana çıxacaq və Kreml bölüyünün paradını izləyəcək”, - deyə Peskov bildirib.

Mərasimə qatılacaq qonaqlar sarayın zallarında və ümumi meydanda toplanacaqlar.

(Real TV)

DİGƏR XƏBƏRLƏR

Top