Makron: Nüvə müharibəsi başlaya bilər

ABŞ İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planından çıxsa, bu, nüvə müharibəsinə gətirib çıxara bilər.

Yeniavaz.com-un RT-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, ən pis halda ABŞ Prezidenti Donald Tramp İranla növbəti saziş bağlamadan razılaşmadan çıxmaq qərarı verəcək: “Bu o deməkdir ki, biz Pandora qutusunu açacağıq, müharibə ola bilər”.

Bununla belə, E. Makron ABŞ Prezidentinin məqsədinin münaqişəyə başlamaq olmadığını hesab edir: “Düşünmürəm ki, Tramp müharibəyə başlamaq istəyir”.

DİGƏR XƏBƏRLƏR

Top