Qurban Qurbanov Ndlovunun “diktator” sözünə cavab verdi

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Yeniavaz.com xəbər verir ki, "Dino Ndlovu sizin barənizdə “diktaror” olduğunuzu deyib. Onun fikirləri sizi əsəbləşdirmir ki?" sualına Q.Qurbanov bunları pis fikir kimi qiymətləndirmədiyini deyib: "Bu, klubun kodeksində də yazılıb ki, futbolçu intizamlı olmalıdı. Şəxsi həyatına da diqqət yetirməlidi. Fikrimcə, bu, kluba verilən dəyərdi. Elə futbolçularımız var ki, oyun səviyyəsi hərdən aşağı düşür. Onlara nəzarət etmək lazımdı".

Qeyd edək ki, mayın 6-da keçirilən “Qarabağ” - “Neftçi” qarşılaşmasını 0:1 hesabı ilə flaqman qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top