Daxili işlər naziri sui-qəsd zamanı yaralanıb - Pakistanda

Bu gün Pakistan daxili işlər naziri Axsan İkbal Pəncab vilayətinin Naroval şəhərində sui-qəsdə məruz qalıb, güllə yarası alıb.

Hadisə şəhərdə keçirilən mitinq zamanı baş verib.

Daxili işlər naziri avtomobilində olarkən 20-22 yaşlı gənc yaxınlaşıb və atəş açıb.

Güllə A. İkbalın sağ çiyninə dəyib və nazir xəstəxanaya yerləşdirilib.

A. İkbalın həyatı üçün təhlükə yoxdur.

Daxili işlər nazirinə atəş açan şəxs saxlanılıb. Hadisənin motivi barədə məlumat verilmir. (APA)

DİGƏR XƏBƏRLƏR

Top