Ucar və Cəlilabad rayonlarında oğurluq edən şəxslər saxlanılıb. DİN-nin xəbərinə görə, aprelin 13-nə keçən gecə Ucarın Yuxarı Çiyni kənd sakini Elnur Kərimov yardımçı təsərrüfatından 1 baş qoyun oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli rayon sakinləri Emin Ələkbərov və Rembo Abbaslı saxlanılıb. Onların mart ayında rayon sakini Hilal İbrahimovun yardımçı təsərrüfatından 8 qoyun, aprel ayında isə Susən Məmmədovanın və Xatirə Məmmədovanın ümumilikdə 2 inəyini oğurlamaları da müəyyən edilib.
Aprelin 28-nə keçən gecə Cəlilabad rayonu Dələli kənd sakini Alov İbrahimovun həyətindəki tövlədən 26 qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini Valid Qürbətov və Masallı rayon sakini Ağa Əzizov saxlanılıblar.(Unikal.org)