Türkiyədən ABŞ-a sərt REAKSİYA: Əgər “F-35”lərin satışı ləğv edilərsə...

“ABŞ embarqo qoyarsa cavabını verərik. “F-35” qırıcılarının satışının ləğv edilməsi qəbul olunası bir qərar deyil, əgər ləğv edilərsə cavablarını alacaqlar”. Türkiyə KİV xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib. O bildirib ki, gələn həftə ABŞ-a gedərək rəsmi görüşlər keçirəcək.

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell aprel ortalarında verdiyi açıqlamada Ankaranın Rusiydan S-400 zenit-raket kompleksləri alması Türkiyənin “F-35” qırıcılarının almasına mənfi təsir göstərə bilər.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top