İrfan Sapmaz "CNN Türk"də xəbər koordinatorluğuna gətirildi

Azərbaycan mətbuatının yaxından tanıdığı, illər öncə Bakıda nəşr olunan “Avrasiya” qəzetinə rəhbərlik etmiş türkiyəli qəzetçi İrfan Sapmaz dünyaca məşhur "CNN Türk" telekanalının xəbər koordinatoru vəzifəsinə təyin edilib.

33 ildir dünyanın bir çox bölgəsində baş verən olayları təqib edən məşhur qəzetçi İ.Sapmaz, 2017-ci ilin sentyabr ayından Doğan Xəbər Agentliyində çalışır.

Qeyd edək ki, "CNN Türk" kanalının xəbər koordinatorluğuna 2011-ci ildən Ali Güvən rəhbərlik edirdi.

Xatırladaq ki, bundan əvvəl "Doğan Media Qrupu"nun tərkinində olan "Kanal D" telekanalının da rəhbərliyində dəyişiklik baş vermişdi. (musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top