Əfsanəvi məşqçi xəstəxanaya yerləşdirilib

“Mançester Yunayted” klubunun əfsanəvi məşqçisi Aleks Ferqüson xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

76 yaşlı məşqçi cümə axşamı özünü pis hiss etməsindən şikayətlənib. Cümə günü səhər isə təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Onun vəziyyətilə bağlı məlumat yoxdur. “Donkaster Rovers” klubunun rəhbəri olan oğlu Darren Ferqüson da komandanın son oyununu buraxıb. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top