"Moskva Ermənistanın daxili işlərinə qarışmayacaq"

Rusiya Ermənistanla müttəfiq münasibətləri dəstəkləyir və ölkədə son həftələrdə baş verən hadisələrə Ermənistanın daxili işi kimi baxır.

Bu barədə RusiyanınYerevandakı Səfirliyinin yaydığı bəyanatda deyilir.

“Son bir neçə həftə Ermənistanda baş verən hadisələr ölkənin və erməni xalqının daxili məsələsidir.

Rusiyanın Yerevandakı Səfirliyi, eləcə də Rusiya tərəfi Ermənistanla müttəfiq münasibətlərin qurulmasında bir sıra şəxslərin deyil, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova tərəfindən səsləndirilən fikirlərə söykənir”, – deyə səfirliyin məlumatında bildirilir. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top