Litva rəsmi olaraq Gürcüstanın adını dəyişib

Litvanın rəsmi şəxsləri Gürcüstan üçün alternativ addan – Sakartvelodan istifadə edəcək.

Bu barədə DELFI portalı məlumat yayıb.

“Mayda Litva prezidenti Dalya Qribauskayte Sakartvelonun 100 illiyi ilə bağlı təntənəli mərasimdə iştirak zamanı bu addan istifadə edəcək”, – dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Litva parlamentinin spikeri Viktoras Pransketisin mətbuat katibi bildirib ki, o da Gürcüstan üçün bu addan istifadə edəcək və buna şaddır. Artıq Sakartvelo adı rəsmi sənədlərdə də istifadə ediləcək.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top