Şamaxıda 34 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra ölüb

Şamaxıda ana doğuşdan sonra dünyasını dəyişib.

Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Binyətova doğuş üçün rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən A. Bünyatovanın qəflətən halı pisləşib və o, komaya düşüb.

Yerli və Bakıdan dəvət olunan həkimlərin tibbi yardımlarına baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.

A.Binyətovanın ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top