Gəncədə beynəlxalq elmi konfrans işə başlayıb - FOTO

Gəncədə “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransin gedişində ayrı-ayrı bölmələrdə 700-dən çox elmi məruzə dinləniləcək.

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən elm-təhsil müəssisələrinin alimləri, gənc doktorantlar və tədqiqatçılar, elm və təhsil ictimaiyyətinin nümayəndələri, eləcə də Rusiya, Türkiyə, Gürcüstan və Ukraynadan olan nüfuzlu alimlər iştirak ediblər. Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən, xüsusən onun rəhbərliyi dövründə respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülmüş çoxsaylı işlərdən danışıb.

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə - istər sovet hakimiyyəti illərində, istərsə də respublikamız müstəqilliyini bərpa etdikdən sonrakı illərdə ali təhsil müəssisələrində mütəxəssis hazırlığı, xüsusən də yüksəkixtisaslı pedaqoji kadrların hazırlığı istiqamətində görülmüş işlərdən danışıb. Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova çıxışında Ulu Öndərin həyat yolu, siyasi fəaliyyəti, dahi rəhbərin zəngin dövlətçilik təcrübəsi, Azərbaycanın inkişafı naminə misilsiz xidmətləri barədə ətraflı məlumat verib. Sonra konfrans işini plenar iclasla davam etdirib.

DİGƏR XƏBƏRLƏR

Top