Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qazaxıstan və ABŞ hökumətləri arasında sazişə dəyişikliklərin edilməsi haqqında protokolun ratifikasiyasına dair qanunu imzalayıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, saziş ABŞ-ın Əfqanıstanın sabitləşməsi və bərpası səylərində iştirakı ilə əlaqədar xüsusi yükün Qazaxıstan ərazisi üzərindən kommersiya dəmiryol tranizti haqqındadır. Belə ki, sazişə xüsusi yükün kommersiya dəmiryol tranziti və müşayətedici personal üçün buraxılış məntəqələri olan Aktau və Kurık limanları əlavə olunur. Amerika tərəfi Əfqanıstana xüsusi yükün mövcud tranzit marşrutuna dəyişiklik edilməsi xahişi ilə Qazaxıstana müraciət edib. Xüsusilə Kurık və Aktau limanlarını tranzit marşrtuna daxil etmək təklif olunub ki, bu da xüsusi yükü Azərbaycan ərazisindən Xəzər dənizi vasitəsilə Qazaxıstana və ardından dəmir yol nəqliyyatı ilə Özbəkistana, sonra isə Əfqanıstana çatdırmağa imkan verəcək.