
Prokurorluğun keçmiş müstəntiqi Baş Prokurorluğu məhkəməyə verib.
Ağamirzəyev Nazim Mənsur oğlunun məhkəməyə müraciət etməsinə səbəb məhkəmənin qanunsuz olaraq işdən çıxarımasına obyektiv qərar verməsi ilə bağlıdır. May ayının 8-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə hazırlıq icraatı keçiriləcək.
Qeyd edək ki, Ağamirzəyev Nazim Mənsur oğlu uzun illər prokurorluq orqanında müxtəlif vəzifələrdə çalışıb. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, Baş Prokuror yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində çalışıb.
Bu məhkəmə işi ilə yanaşı keçmiş prokurorluq işçisinin ötən ilin sonlarında Məmmədova Fatma Allahverdi qızı ilə də məhkəmə çəkişməsi olub. F.Məmmədova Pirallahı rayon məhkəməsinə atalığın mübahisələndirilməsiylə bağlı məhkəməni udub.
(Ölkə.Az)
Tətbiqimizi yükləyə bilərsiniz