Sumqayıt şəhərində 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.
Valideynlərinin diqqətindən yayınan uşaq yerə çırpılıb.
Hadisə 10-cu mikrorayon, ev 1, mənzil 51-də qeydə alınıb.
Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü Nəzərli Murad Elşən oğlu yaşadığı binanın 2-ci mərtəbəsindən yıxılıb. Azyaşlı ağır bədən xəsarətləri ilə dərhal şəhər xəstəxanasının zədə məntəqəsinə çatdırılıb.
Valideynləri hadisənin təsirindən şok keçiriblər.
Xəstəxanadan verilən məlumata görə, 3 yaşlı Murad Nəzərlinin vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki,
Sabirabadda binanın 4-cü mərtəbəsindən yıxılan qız ağır xəsarətlər alıb.
Sabirabad şəhərində isə 13 yaşlı qız binadan yıxılıb.
Sabirabad şəhəri İ.İsgəndərov 2, mənzil 7 ünvanında yaşayan, 2005-ci il təvəllüdlü Abışova Səidə Sabir qızı binanın 4-cü mərtəbəsindən yıxılıb. Çoxsaylı travmatik xəsarətlərlə Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdirlən 13 yaşlı qız ilkin tibbi yardımdan sonra Bakıdakı xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
(Report, APA)