London aeroportunda 50 timsah müsadirə olundu

Londonun “Hitrou” aeroportunun əməkdaşları əlliyə yaxın timsahı müsadirə edib.

Bir yaşlıq timsahlar Londona Malaziyadan gətirilib. Onlar Kembricşir qraflığında yerləşən sallaqxanaya göndərilməli idi.

Timsahlar daşınma qaydalarının pozulduğuna görə müsadirə olunub. Hər bir konteynerdə dörd timsah daşınmalı olduğu halda, içinə on sürünən yerləşdirilib.

Əlverişsiz şəraitlə əlaqədar timsahlardan biri ölüb. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top