Qaxda avtomobil oğruları yaxalanıb - FOTO

Qaxda avtomobil oğruları yaxalanıb. Qax rayonu Əlibəyli kənd sakini, 42 yaşlı Alik Xəlilov Qax rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus “VAZ 21074” markalı 62 BX 527 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə məlumat verib.

Qax RPŞ-nin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Alik Xəlilova məxsus avtomobili rayonun Qaxbaş kənd sakinləri olan 30 yaşlı İmeda Qamxaraşvili və əvəllər məhkum olmuş 27 ya Səbuhi Məmmədovun oğurlamaları məlum olub.

Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutulub, oğurladıqları avtomobil maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı Qax RPŞ-də istintaq tədbirləri davam etdirilir. (apa)

DİGƏR XƏBƏRLƏR

Top