Bakılı dünya çempionu erməni müxalifətinə 20 dollar yardım edib

"Mənim addımım" etiraz hərəkatının lideri, Ermənistanın "Çıxış" blokundan olan deputat Nikol Paşinyan öz "Facebook" səhifəsində hərəkata maliyyə dəstəyi göstərən insanların siyahısını dərc edib. Aprelin 10-dan 23-dək olan müddət ərzində ianələrin ümumi miqdarı 7 769 800 dram (təxminən, 16 000 ABŞ dolları) təşkil edib.

Siyahıda müxtəlif ölkələrdən olan insanların adı yer alıb. Bəziləri ad və soyadlarının açıqlanmasını istəməyib, bir qism insanın isə yalnız adları göstərilib.

Belə ki, siyahıda İsveçdən Liliya, ABŞ-dan Kristine Ovsepyan, Münhendən Vaaqn Petrosyan, həmçinin Rusiyada yaşayan onlarla erməninin adı var.

Qeyd olunanlar arasında məşhur şahmatçı, Rusiyanın müxalifət xadimlərindən biri olan Harri Kasparovun da adı var. O, etiraz hərəkatına 10 000 dram (təxminən, 20 dollar) pul ayırıb. (report)

DİGƏR XƏBƏRLƏR

Top