UEFA "Roma" və "Liverpul"u cəzalandıra bilər

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində baş tutan "Roma" - "Liverpul" oyunu ilə bağlı meydan sahiblərinə intizam işi açıb. Klub azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi, giriş pilləkənlərinin bağlanması, oyunun pis təşkili və prezident Ceyms Palottanın yersiz davranışına görə cəzalandırıla bilər.

"Liverpul"a azarkeşlərinin pirotexnikanı stadiona keçirməsinə görə cərimə kəsilməsi gözlənilir. Qərar mayın 31-i çıxarılacaq. (Goal.az)

DİGƏR XƏBƏRLƏR

Top