Sarkisyanın partiyası iqtidardan müxalifətə keçdi

“Çıxış” fraksiyasının namizədi və müxalifət lideri Nikol Paşinyan may ayının 8-də keçiriləcək seçkilərdə qalib gələcək. Ermənistan KİV xəbər verir ki, bu barədə hakim fraksiyanın lideri Baqram Baqdasaryan mətbuata açıqlama verib.

O, fraksiyanın seçiminin konsolidasiya olacağını və mayın 8-də ölkənin baş nazirinin seçiləcəyini bildirib. Jurnalistlərin "siz əvvəl də belə dediniz, amma Paşinyanın əleyhinə səs verdiniz" replikasına Baqdasaryan belə cavab verib: “Siz yaxşı izləmirsiniz. Əvvəl biz səsverməyə mane olmadıq, indi isə dəstəkləyəcəyik”.

O, həmçinin hakim partiyadan da Paşinyana səs veriləcəyini vurğulayıb.

Ermənistan mətbuatında hakim partiyanın artıq müxalifətə keçməyə hazırlaşdığı barədə də məlumatlar yayılmağa başlayıb. Eyni zamanda, xarici mətbuatda da hazırki hakim partiyanın yeni hökumətdə yer almayacağı qeyd edilir.

“Mənim şəxsi fikrimcə, yeni siyasi güclərlə əməkdaşlığın heç bir yolu yoxdur. Biz yeni hökumətin tərkibində olmayacağıq” – hakim “Respublika” partiyasının rəhbər müavini Armen Aşotyan “Associated Press”ə müsahibəsində bildirib.

Aşotyan deyib ki, hakim partiyanın namizəd üçün küçələrdə sabitlik və namizədin imza toplaması kimi iki prioriteti olub. Bununla da Paşinyan hakim partiyanın namizəd prioritetlərinə cavab verib.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top