Türkiyənin tanınmış futbolçusu karyerasını bitrdi

Rusiyanın "Rubin" (Kazan) klubunda çıxış edən türkiyəli futbolçu Gökdeniz Karadeniz karyerasını başa vuracağını rəsmən açıqlayıb. 38 yaşlı futbolçu mətbuat konfransında mayın 7-i "Ufa" ilə matçda son dəfə "Kazan Arena"ya çıxacağını söyləyib.

"Futbolçu olaraq karyerama son verirəm. Amma futboldan ayrıla bilmərəm. Futbolun içində qalmaq istəyirəm. Artıq yolun sonuna gəldiyimi hiss edirəm. Peşəkar karyeram ərzində "Trabzonspor"un da formasını geyindim. Bu komandanın da azarkeşlərinə mənə dəstək olduqlarına görə təşəkkür edirəm. "Rubin" forması ilə iki oyun keçirəcəyəm. Kazan şəhərini hər zaman evim kimi hiss etdim", - o deyib.

Qeyd edək ki, Gökdeniz Karadeniz 1997-2008-ci illər ərzində "Trabzonspor" klubunda çıxış edib. O, 2008-ci ildə 8.7 milyon avro qarşılığında Rusiyanın "Rubin" klubuna transfer olunub. Təcrübəli futbolçu həmçinin 1997-2008-ci illər ərzində Türkiyə milli komandasında çıxış edib və yığmada 64 qola imza atıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top