2018-ci ildə ədəbiyyat nominasiyası üzrə Nobel mükafatı təqdim edilməyəcək. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu mükafatı təqdim edən İsveç Akademiyasından deyiblər. Akademiya bu barədə özünün son keçirdiyi iclasında qərar qəbul edib. Bildirilir ki, 2019-cu ildə ədəbiyyat sahəsində iki mükafat veriləcək: “Bunlardan biri cari il, digəri isə gələcək il üçün təqdim ediləcək”. Bu cür qərarın qəbul edilməsinə səbəb kimi Akademiya üzvlərinin sayının azalması və bütün dünyada ona qarşı etimadın zəifləməsi göstərilir.