Türkiyədə ana müxalifət partiyasının prezidentliyə namizədi dəqiqləşib

Türkiyədə keçiriləcək prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi dəqiqləşib. “Hürriyet” qəzetinin məlumatına görə, bu gün ana müxalifət partiyasının parlamentdə 116 millət vəkilinin iştirak etdiyi qapalı qrup toplantısında millət vəkili Muharrem İncenin CHP-nin prezidentliyə namizəd olması barədə qərar qəbul edilib.

Artıq paytaxt Ankaranın küçələrində Muharrem İncenin portretləri asılır.

Bu gün saat 11.00-da CHP lideri Kamal Kılıçdaroğlu Ankarada keçiriləcək rəsmi tədbirdə partiyanın prezidentliyə namizədinin adını rəsmən açıqlayacaq.(APA)

DİGƏR XƏBƏRLƏR

Top