Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək. Turun ilk matçında aşağı liqaya düşməsi dəqiqləşən "Kəpəz" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək.

Bu qarşılaşma komandalar arasında yubiley oyunu olacaq. Ölkənin ikinci və üçüncü şəhərlərinin klubları indiyədək 19 dəfə qarşılaşıblar. Gəncəlilər 5 oyunda qələbə qazanıbsa, "gənclik şəhəri" təmsilçisi 8 matçda rəqibindən üstün olub. Altı görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də "Sumqayıt" klubu öndədir - 27-21. "Sumqayıt" ardıcıl 3 oyundur rəqibini məğlub edir. "Kəpəz" isə bu komandaya qarşı son 7 görüşdə 1 qələbə qazana bilib.

Turun daha iki qarşılaşması mayın 5-də keçiriləcək. "Qəbələ" "Keşlə"ni, "Səbail" "Zirə"ni qəbul edəcək. Son matçda isə "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq.

Premyer Liqa, XXVI tur

4 may (cümə)

16:00. "Kəpəz” – "Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vüsal Qənbərov, Vüqar Həsənli

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-isnpektor: Füzuli Nəcəfov

Gəncə şəhər stadionu

(Report)

DİGƏR XƏBƏRLƏR

Top