Avtomobillərin qiyməti ucuzlaşacaq

Qarşıdakı aylarda avtomobillərin qiyməti ucuzlaşacaq. Bu ucuzlşama özünü ikinci əl avtomobilərdə göstərəcək. Ekspertlər belə avtomobillərin qiymətinin 10-15 faiz enəcəyini bildirirlər. Əmlak bazarı üzrə ekspert Vaqif Hüseynovun sözlərinə görə, qiymətlərin ucuzlaşmasına əsas səbəb hazır ki, vəziyyətdə alıcılıq səviyyəsinin aşağı olmasıdır. Ekspert qeyd edir ki, qiyməti 10 min manata qədər olan avtomobillərin qiyməti təxminən 1000-1500 manata qədər düşəcək.

Dəyəri 20 min manat civarında olan avtomobillərə əsasən taksi bazarında tələbat olduğu üçün qiymətlər nisbətən stabil olaraq qalacaq. Yeni avtomobillərin qiymətinin ucuzlaşması isə proqnozlaşdırılmır.

Ekpsert həmçinin onu da bildirdi ki, hazırda avtomobil bazarında bəzi satıcılar qiymətləri süni şəkildə artırdığından proqnozlaşdırılan qiymət ucuzlşamasıda əslində avtomobillərin ''real baha qiymətinə'' düşməsi deməkdir.(Xezerxeber)

DİGƏR XƏBƏRLƏR

Top