Avropa Liqasının finalında "Atletiko"nun rəqibi məlum olub

Futbol üzrə Avropa Liqasının final matçında İspaniya "Atletiko"sunun rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, bu, Fransanın "Marsel" klubudur.

"Marsel" yarımfinalda Avstriya "Zaltsburq"unu iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. Öz meydanında 2:0 hesabı ilə qələbə qazanan Fransa təmsilçisi səfər matçının əsas vaxtında eyni hesabla uduzub. Nəticədə əlavə vaxt təyin olunub. Bu zaman "Marsel"in futbolçusu Rolando fərqi azaldıb. Nəticədə "Marsel" səfərdə 1:2 hesabı ilə uduzmasına baxmayaraq, ümumi nəticədə 3:2 hesablı üstünlüklə mərhələ adlayıb.

Avropa Liqası, yarımfinal, cavab oyunları

3 may

23:05. "Zaltsburq” (Avstriya) – "Marsel” (Fransa) - 2:1 (ƏLAVƏ VAXT - 0:1)

Qollar: Amadu Haydara, 53. Buna Sarr, 65-öz qapısına - Rolando, 116

Qırmızı vərəqə: Amadu Haydara, 119 ("Zaltsburq")

Baş hakim: Sergey Karasyov (Rusiya)

İlk oyun - 0:2

Daha əvvəl "Atletiko" İngiltərə "Arsenal"ını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 1:1, 1:0.

Qeyd edək ki, final oyunu mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı stadionda keçiriləcək.(Report)

DİGƏR XƏBƏRLƏR

Top