Suriyada Afrin bölgəsini partlayıcı maddələrdən təmizləmək üçün çalışmalarını davam etdirən Türkiyə əsgərləri minaya düşüb.
Hadisə nəticəsində 1 əsgər şəhid olub, biri də yaralanıb.
Qeyd edək ki, Afrin “Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənmişdi. Hazırda bölgədə terrorçuların qaçarkən basdırdıqları minaların axtarışı və zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. (qafqazinfo)
Tətbiqimizi yükləyə bilərsiniz