Ermənistanda polis polkovniki banka silahlı hücum etdi

HSBC bankının Ermənistanın paytaxtı Yerevan şəhərindəki filialında atışma baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

"Atışma səsi eşidiləndə biz qonşu bankda idik. Səsə görə deyə bilərəm ki, atışma binanın içində baş verib”, - şahidlər bildiriblər.Atışmanın həmçinin bankın qarəti zamanı baş verdiyi də qeyd olunur.

HSBC bankın Yerevandakı filialına silahlı hücum edən şəxsin kimliyi məlum olub.Ermənistan polisinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib ki, banka Yol Hərəkəti Qaydalarının Pozulmasının Qeydiyyatı Mərkəzinin rəisi, polkovnik Daniel Danielyan hücum edib."Sputnik”

DİGƏR XƏBƏRLƏR

Top