Qadın güləşçimiz 7 qat Avropa Çempionu oldu - FOTO

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

50 kq çəki dərəcəsində mübarizə aparan güləşçi həlledici görüşdə rumıniyalı Emilia Vucu məğlub edib.

O, rəqibini 10:0 hesabı ilə üstələyib. Stadnik bu nəticədən sonra 7-ci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, bu gün həmçinin Səbirə Əliyeva (76 kq) və Tatiana Omelçenko (59 kq) bürünc medal görüşünə çıxacaq.

(Report)

DİGƏR XƏBƏRLƏR

Top