CHP-nin prezidentliyə namizədi məlum oldu

Cümhuriyyət Xalq Partiyasının (CHP) iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədi məlum olub.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, CHP-nin İstanbuldan seçilmiş millət vəkili İlhan Kesici bildirib ki, Məhərrəm İncinin adı önə çıxıb.

Onun sözlərinə görə, ötən axşam aparılmış müzakirələr nəticəsində M. İncinin adı üzərində durulub: “Mən də səhər saatlarında onu təbrik etdim. Təxmin edirəm ki, İncinin də xəbəri var”.

Namizəd göstərilməsinə münasibət bildirən M. İnci isə vurğulayıb ki, sabah CHP sədri Kamal Kılıçdaroğlu bununla bağlı açıqlama verəcək. Məndən bir şey gözləməyin. Şüarımız belədir: vaxtı gələndə hər şey gözəl olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top