Paşinyan lazımi sayda imza toplaya bildi

Ermənistanda müxalif hərəkatının lideri Nikol Paşinyan Baş nazir postuna namizədliyinin irəli sürülməsi üçün lazım olan parlament deputatlarının üçdə birinin imzasını toplayıb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu müxalif “Yelk” (“Çıxış”) blokunun deputatı Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, N. Paşinyanın namizədliyi bu gün və ya sabah rəsmi olaraq irəli sürüləcək.

Qeyd edək ki, parlamentdəki “Tsarukyan” bloku, “Daşnaksütyun” fraksiyası və “Yelk” bloku N. Paşinyanın namizədliyini dəstəkləyir.

Hakim Ermənistan Respublika Partiyası mayın 8-də parlament deputatlarının üçdə birinin dəstəyini qazanmış namizədə səs verəcəyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top