Ərdoğanın namizədliyi rəsmi olaraq irəli sürüldü

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası iyunun 24-də keçiriləcək prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini rəsmi olaraq irəli sürüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə hakim partiyanın bu gün yaydığı bəyanatda qeyd olunur.

Məlumatda o da qeyd olunur ki, hazırkı prezident R.T.Ərdoğan, eləcə də müxalifətin - Milli Hərəkat Partiyasının namizədidir.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək.

Seçkilərə 11 siyasi partiya qatılacaq.

DİGƏR XƏBƏRLƏR

Top