Sürücülərə XƏBƏRDARLIQ - Bu yolda hərəkət yenidən məhdudlaşdırılır

Ziya Bünyadov prospektinin “Çermet körpüsü“dən “20 Yanvar dairəsi”nədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyi və Bakı Nəqliyyat Agentliklərindən verilən birgə məlumatlarında bildirilib.

Məhdudlaşdırmanın Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi daşıdığı qeyd edilib.

Məlumata görə, Ziya Bünyadov prospektinin “Çermet körpüsü“dən “20 Yanvar dairəsi”nədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 3 may 2018-ci ildə axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Tam məhdudlaşdırma prospektin həmin hissələrində olankörpü və tunellərdə tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. (Prospekt bağlı olmayacaq).

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Rəsmi qurumlar sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edir. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top