Rusiya qırıcısı dənizə düşdü: 2 pilot öldü

Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus qırıcı təyyarə Aralıq dənizi üzərində qəzaya uğrayıb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Müdafiə Nazirliyindən deyiblər.

Bildirilir ki, qəzaya uğramış “Su-30SM” təyyarəsinin hər iki pilotu insident nəticəsində həlak olub. Hadisə mayın 3-də təyyarənin Suriyada Hmeymim bazasından Aralıq dənizi akvatoriyasına üzərinə qalxması zamanı baş verib.

İlkin məlumata görə, qəzaya səbəb qırıcının mühərrikinə quşun dəyməsi olub. Təyyarəyə qarşı heç bir atəş açılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top