İsrail silah satışını 40 faiz artırıb

İsrail 2017-ci ildə ümumi dəyəri 9,2 milyard dollar olan silah satıb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Nazirliyinin yaydığı komünikedə deyilir.

Bildirilir ki, ölkənin silah satışı 2016-cı illə müqayisədə 40 faiz artıb.

Nazirlikdən bildiriblər ki, İsrailin ötən il hərbi ixracatının əsas sahələrini raketqayırma və hava hücumundan müdafiə sistemləri (31 faiz), radarlar və radioelektron mübarizə (17 faiz) təşkil edib. İsrail silahlarının əsas alıcıları Asiya-Sakit okean regionu ölkələri (58 faiz), Avropa ölkələri (14 faiz), Şimali Amerika ölkələri (14 faiz), Afrika ölkələri (5 faiz), Latın Amerikası ölkələri (2 faiz) olub.

DİGƏR XƏBƏRLƏR

Top