Ankara yaxınlığında ardıcıl iki zəlzələ baş verib

Türkiyənin paytaxtı Ankara şəhəri yaxınlığında 4,0 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 05:32-də qeydə alınan yeraltı təkanların episentri Ankaradan 145 km şimal-qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib.

Eyni ərazidə 2 dəqiqə əvvəl 3,8 maqnitudalı təkan qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top