Nigeriyada törədilmiş ikiqat terror aktı 86 nəfərin ölümünə səbəb olub

Nigeriyanın şimal-şərqində iki terror hücumu 86 insanın ölümünə səbəb olub.

Bundan əvvəl 27 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilirdi.

Daxil olan məlumata əsasən, Adamava ştatının Mubi şəhərində terrorçu-kamikadze məsciddə özünü partladıb. Bundan sonra digər terrorçu yaxınlıqdakı ticarət mərkəzində üzərindəki partlayıcı qurğunu işə salıb.

Qeyd edək ki, Nigeriyada fəaliyyət göstərə “Boko Haram” terror qruplaşması hökumətin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. 2016-cı ildə “Boko Haram” İŞİD-ə sədaqət andı içib. (apa)

DİGƏR XƏBƏRLƏR

Top