İraqla Kürdüstan razılığa gəlib

Sərhəd-keçid məntəqələri ilə bağlı Bağdad adminitrasiyası ilə razılaşma əldə olunub.

Bu sözləri İraq Kürd Muxtariyyətinin baş naziri Necirvan Bərzani Tehran-Ərbil iqtisadi konfransında çıxışı zamanı deyib. Baş nazir bildirib ki, razılaşmada gömrük problemləri də qismən həllini tapıb.

Bundan əlavə, Bərzani İraq hökumətinin və kürd muxtariyyətinin İranın sənaye və kənd təsərrüfatı sahəsindəki uğurlu təcrübəsinə ehtiyac duyduğunu dilə gətirib.

Qeyd edək ki, ötən ilin sentyabrın 25-də Kürdüstanda baş tutan müstəqillik referandumundan sonra İraq mərkəzi hökuməti ilə ciddi gərginlik yaşanmışdı.(axar.az)

DİGƏR XƏBƏRLƏR

Top