Bakıda üç avtomobil toqquşub

Bakının Xəzər rayonu ərazisində, Aeroport yolunda yol qəzası baş verib.

Hadisə zamanı "QAZ 31105", "Saipa" və "Opel" markalı avtomobillər toqquşub.

Avtomobillərin üçü də şəhərin mərkəzi istiqamətində hərəkət edirmiş. Yüksək sürət və ara məsafələrinin qorunmaması səbəbindən əvvəlcə "Saipa" və "QAZ 31105" markalı avtomobillər toqquşub. Daha sonra "Opel" də onlara çırpılaraq qəzanın iştirakçısına çevrilib. Nəticədə avtomobillərdə olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır. (apa)

DİGƏR XƏBƏRLƏR

Top