Ən yüksək hərbi xərcləri olan ölkələr açıqlandı

Ötən il bütün dünya üzrə hərbi xərclər 1,1% artaraq, 1,7 trilyon dollara çatıb.

Bu haqda Sülh problemlərinin araşdırılması üzrə beynəlxalq Stokholm institutu hesabat dərc edib.

Hesabatda müdafiə sahəsinin təfsilatlı stastistikası ilə yanaşı ən yüksək hərbi xərcləri olan 15 dövlət də göstərilib.

Siyahıya həmişə olduğu kimi ABŞ başçılıq edir. Hesabata əsasən 2017-ci ildə Birləşmiş Ştatlar ümumi hərbi xərclərin 35% faizinə cavab verib.

İkinci yerdə gələn Çinin payına isə qlobal hərbi xərclərin 13 faizi düşür. Üçüncü yerdə isə hərbi məsrəflərinə görə Rusiyanı (3,8%) üstələyən Səudiyyə Ərəbstanı gəlir (4%).

Orduya ən çox vəsait xərcləyən beşinci dövlət isə Hindistandır. Onun payına ümumi hərbi xərclərin 3,7%-i düşür.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top