Güləşçilərimiz Avropa Çempionatından beş medalla qayıdır

Rusiyanın (Dağıstan) Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

Bütün çəkilərdə iştirak edən on güləşçimizdən beşi medal qazanıb.

Belə ki, idmançılarımız bir qızıl, iki gümüş və iki bürünc medalla ölkəmizə qayıdır. Sonuncu medalı 82 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov qazanıb. O, Almaniyadan olan rəqibi Roland Şvartsa 4:3 hesabı ilə qalib gələrək bürünc medala layiq görülüb.

Qeyd edək ki, komandamız bu nəticə ilə 31 ölkə arasında III yeri tutub. İlk yeri meydan sahibi Rusiya, II pilləni isə Gürcüstan tutub. Ermənistan millisi isə IV yerə yiyələnib. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top