Terror təşkilatı fəaliyyətini dayandırdı

İspaniya ərazisində fəaliyyət göstərən ETA terror təşkilatı öz strukturlarını buraxdığını və fəaliyyətini tam dayandırdığını elan edib. Yeniavaz.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bask separatçılarının dərc olunmuş məktubunda deyilir. Bildirilir ki, ETA Basklar Ölkəsində yeni siyasi dövrə başlamaq niyyətindədir. ETA terror qruplaşmasının əsası 1959-cu il iyulun 31-də qurulub. Qruplaşma indiyədək 800-dən çox adamın həyatına son qoyub.

DİGƏR XƏBƏRLƏR

Top