“Neftçi” klubuna yeni sözçü təyin olunub

“Neftçi” PFK-nın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub. Klub rəhbərliyinin qərarıyla bu posta Rüstəm Allahverdiyev gətirilib. O, mayın 15-dən işinin icrasına başlayacaq. 1987-ci il təvəllüdlü Rüstəm Əbülfət oğlu Allahverdiyev Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın “Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Mətbuat xidməti olub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top