Qadın güləşçimiz Avropa çempionatında finala çıxıb

Azərbaycanın qadın güləşçisi Maria Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. 50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı, dünya və altıqat Avropa çempionu yarımfinalda belaruslu Kseniya Stankeviçi məğlub edib. Stadnik rəqibini 10:0 hesabı ilə üstələyib. O, həlledici görüşdə rumıniyalı Emilia Vucla qarşılaşacaq. 76 kq-da yarışan Səbirə Əliyeva isə yarımfinalda rusiyalı Yekaterina Bukinaya uduzaraq bürünc medal uğrunda görüşdə iştirak edəcək. Final görüşləri sabah keçiriləcək.

15:58***

Azərbaycanın iki qadın güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb. Bunlar olimpiya mükafatçısı, dünya və altıqat Avropa çempionu Mariya Stadniklə Səbirə Əliyevadır. 50 kq çəki dərəcəsində çıxış edən Stadnik mübarizəyə 1/8 finaldan başlayıb. 30 yaşlı pəhləvan ilk görüşdə almaniyalı Jakelin Şellinə, ardınca isə rusiyalı Milana Dadaşevaya qalib gəlib. O, finala gedən yolda belaruslu Kseniya Stankeviçlə qarşılaşacaq. 76 kq çəkidə yer alan Əliyeva isə mübarizəyə 1/4 finaldan başlayıb. Macarıstanlı Janett Nemeti məğlub edən güləşçi yarımfinalda rusiyalı Yekaterina Bukina ilə üz-üzə gələcək. Bu gün keçirdikləri ilk görüşlərdə məğlub olan Azərbaycanın digər xanım pəhləvanları Solmaz Həşimzadə (55 kq), Tatyana Omelçenko (59) və İrina Netrebanın (68 kq) isə bürünc medal qazanmaq şansları var. (Report.az)

DİGƏR XƏBƏRLƏR

Top