Gəncənin Avropanın İdman Şəhəri tituluna namizədliyi irəli sürülüb - FOTO

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev ACES Europe təşkilatının Prezidenti Gian Francesco Lupattellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İcra başçısı qonaqları salamlayaraq, onlara Gəncənin tarixi və bu günü haqqında ətraflı məlumat verib, şəhərdə son üç il ərzində keçirilən yerli və beynəlxalq layihələr barədə danışıb.

Gəncə şəhər Gənclər və İdman idarəsinin rəisi Müşviq Cəfərov nümayəndə heyyətinə Gəncədə fəaliyyət göstərən idman məktəbləri, orta və ali təhsil ocaqlarında yaradılan şərait, park və xiyabanlarda sakinlərin istifadəsinə verilən idman qurğuları barədə ətraflı məlumat verib.

Gəncənin Avropanın İdman Şəhəri tituluna yaxşı namizəd olduğunu bildirən ACES Europe təşkilatının Prezidenti Gian Francesco Lupattelli, şəhərdə yaradılan idman ifrastrukturu, burada keçirilən yarışlar və əldən olunan nailiyyətlərlə maraqlanıb.

Görüş zamanı Gəncədə uşaqlar, qadınlar və əllilərin idmanla rahat məşğul olmaları üçün yaradılan şəraitdən də söz açılıb. Görüş zamani nümayədə heyyətinə bilidirilib ki,“Avropanın İdman Şəhəri” tituluna namizəd olan Gəncədə il ərzində sosial şəbəkələrdə “Gəncə AİŞ 2019-a namizəd” adı altında səhifələr yaradılacaq ki, burada da il ərzində şəhərdə baş tutan idman tədbirləri haqqında ətrfalı məlumat yerləşdiriləcək.

İdman və Gənclər Təşkilatlarının təmsil olunduğu Təşkilat Komitəsi yaradılacaq. İdman tədbirlərinin hazırlanması və icrasında könüllü qrupların iştirakı nəzərdə tutulur.

“Gəncə AİŞ 2019” logosunun tərtib olunaraq ictimaiyətə təqdim olunamsı da görüləcək işlər sırasındadır. Koordinasiya işlərini Gəncə AGP 2016 İB və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi həyata keçirəcək.

Məlumat üçün qeyd edək ki,ACES Europe, yəni Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası Avropa Parlamentinin idman siyasətini həyata keçirən bir təşkilatdır. ACES Europe hər il 9-19 şəhəri “Avropa İdman Şəhəri”, bir şəhəri isə “Avropa İdman Paytaxtı” titulu ilə təltif edir.

Layihə 4 ildir ki, reallaşdırırlır.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top